Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yakutiyanın Suntar rayonunda baş verən yanğında üçü uşaq olmaqla, beş nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə regional FHN idarəsi öz "Telegram" kanalında məlumat yayıb.
"Əfsuslar olsun ki, yanğının söndürülməsi zamanı beş nəfərin meyiti aşkar edilib, onların arasında üç uşaq da var. Yanğının sahəsi 24 kv.m təşkil edib. Söndürmə işlərinə respublika yanğın mühafizəsinin 6 əməkdaşı və 2 texnika cəlb olunub", – deyə qurumun açıqlamasında bildirilib.
Hadisə yerində Rusiya FHN-in istintaqçıları və əməliyyat qrupu çalışır. Yanğının səbəbi və başvermə şəraiti araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.