Yazını böyüt
Yazını kiçilt
İsveçrənin Vallais kantonunun polisi Alp dağlarında yerləşən Kran-Montana kurortundakı barda baş verən yanğın nəticəsində həlak olan 40 nəfərin hamısının şəxsiyyətinin müəyyən edildiyini bildirib.
Hafta.az xəbər verir ki, bu barədə “Yle” nəşri yazır. Bildirilir ki, ölənlər arasında 20 azyaşlı da var.
Ölənlərin yaşı 14-dən 39-a qədər dəyişir. Həlak olanlar arasında 21 İsveçrə, doqquz Fransa, altı İtaliya, bir Belçika, bir Portuqaliya, bir Rumıniya və bir Türkiyə vətəndaşı var.
Yanğın nəticəsində 115 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.