AZ

Ruslar bu ölkələrə getməkdən qorxurlar

Olke.az saytına istinadən ain.az xəbər verir.

“Skyeng” onlayn xarici dil məktəbinin analitikləri rusların dil maneəsinə görə ən çox səyahət etməkdən qorxduğu ölkələrin adlarını açıqlayıblar.

Ölkə.az “Lenta.ru”-ya istinadən xəbər verir ki, aparılan sorğuda respondentlərin 23 faizi dil bacarıqlarının yetərli olmaması səbəbindən ərəb ölkələrinə səfər etməkdən qorxduqlarını etiraf ediblər.

Rusların 18 faizi isə siyahıda ikinci olan Asiya ölkələrinə səyahət etməkdən çəkinir. 17 faiz isə potensial ünsiyyət çətinlikləri səbəbindən Almaniya, Fransa, İspaniya və digər Aİ ölkələrinə səyahət etməkdən qorxur.

Həmçinin respondentlərin 9 faizi ABŞ və Kanadaya, 6 faizi isə Afrikaya səyahət etmək istəmir.

Respondentlərin üçdə birindən çoxu isə bu problemlə üzləşmədiklərini bildirib.(publika)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
4
olke.az

5Mənbələr