AZ

“Yuventus” klubu yeni idman direktoru təyin edib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Turinin “Yuventus” klubu Marko Ottolininin klubun idman direktoru təyin olunduğunu elan edib.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Ottolini rəsmi olaraq 1 yanvar 2026-cı ildə kluba qoşulub və baş direktor Damien Komolliyə tabe olacaq.

Ottolini əvvəllər Turin klubunda skaut və icarə şöbəsinin müdiri vəzifələrində çalışıb, 2022-ci ildə “Cenoa”nın idman direktoru olub. Onun rəhbərliyi altında “Qriffinlər” Seriya A-ya qayıdıblar.

“Yuventus” hazırda 17 oyundan 32 xalla Seriya A cədvəlində beşinci yerdədir. “Zebralar” lider “İnter Milan”dan dörd xal geridədir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
43
icma.az

10Mənbələr