AZ

68 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Seçilən
112
5
manset.az

9Mənbələr