AZ

Prezident zəlzələyə görə sözünü kəsməli oldu Video

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Meksika Prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransını yarımçıq dayandırmalı olub. 

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, buna ölkənin Qerrero ştatında 6,5 bal gücündə zəlzələnin baş verməsi səbəb olub. 

Canlı yayımlanan mətbuat konfransını yeraltı təkanlarla bağlı həyəcan siqnalının işə düşməsi səbəbindən yarımçıq dayandırmalı olan prezident jurnalistləri də zaldan çıxmağa dəvət edib.  

Sonradan konfransı davam etdirən Şeynbaum zəlzələ nəticəsində dağıntı və itkilərin olmadığını bildirib. 

Meksika Milli Seysmologiya Xidmətinin məlumatına görə, episentri Qerrero ştatının San-Markos şəhərindən 15 km cənub-qərbdə olan zəlzələnin ocağı Yerin təxminən 10 km dərinliyində yerləşib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
156
2
qafqazinfo.az

3Mənbələr