AZ

Roberto Karlos əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Real Madrid” və “İnter”in keçmiş müdafiəçisi Roberto Karlos ürək əməliyyatı keçirdiyi xəstəxanadan evə buraxılıb.

İdman.Biz bu barədə Mundo Deportivo-ya istinadən xəbər verir.

52 yaşlı braziliyalı əməliyyatı həyata keçirən həkimlərlə birlikdə sosial mediada şəklini paylaşaraq, “Diqqət və qayğılarına görə bütün tibb işçilərinə təşəkkür edirəm” şərhini yazıb.

31 dekabrda müayinə zamanı həkimlər braziliyalının ayağında qan laxtası aşkar ediblər. Bütün bədən MRT müayinəsi onun ürəyinin düzgün işləmədiyini aşkar edib. Roberto Karlos ağırlaşma səbəbindən əməliyyat üçün xəstəxanaya yerləşdirilib və əməliyyat nəzərdə tutulan 40 dəqiqə əvəzinə üç saat davam edib.

Roberto Karlos 1996-cı ildən 2007-ci ilə qədər “Real Madrid”də oynayıb. Madrid klubu ilə o, dörd İspaniya çempionluğu və üç Çempionlar Liqası titulunu qazanıb. O, həmçinin Braziliya milli komandası ilə 2002-ci ildə dünya çempionu olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
1
icma.az

2Mənbələr