ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Alovlu qırmızı at” üzərində bərqərar olan 2026-cı il bürclər üçün maraqlı proqnozlar vəd edir.
Redaktor.az bürclərə inananlar üçün bu dəfə ilin şanslı və nisbətən şanssız sayılacaq bürclərinin hansılar olacağı ilə bağlı proqnozları öyrənib.
At ili əsasən 6 bürc üçün şanslı sayılır. Bunlar Qoç, Xərçəng, Şir, Tərəzi, Oxatan və Balıqlardır.
Şir bürcündə doğulanları əsasən sevgi və münasibətlərdə yeni imkanlar gözləyir, digərləri isə karyera və maliyyədə uğurlar qazanacaq, yeni başlanğıclarla yadda qalacaqlar.
Buğa və Oğlaq bəzi aylarda əksinə olaraq çətinliklərlə qarşılaşa bilərlər. Buğa bürcləri müəyyən vaxtlarda sağlamlıq problemləri yaşayacaqları halda, Oğlaq bürcləri iş və maliyyə məsələlərində uğursuz ola bilərlər.
Ümumilikdə, 2026-cı il bütün bürclər üçün mühüm qərarlar və yeni fürsətlər ili olacaq. Bu fürsətləri müsbət qiymətləndirə bilənlər ili uğurla başa vuracaqlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.