AZ

Zelenski müdafiə nazirini dəyişdirir

Ukrayna Prezidenti Volodimir Zelenski yeni müdafiə naziri təyin edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, axşam video müraciətində bildirib.

Ukraynanın müdafiə naziri vəzifəsi Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorova təklif edilib.

“Mən Mixaylo Fedorovu Ukraynanın yeni müdafiə naziri vəzifəsinə təklif etdim. O, dron məsələlərində dərindən iştirak edir və dövlət xidmətlərinin və proseslərinin rəqəmsallaşdırılması üzərində səmərəli işləyir”, - deyə Zelenski bildirib.

Zelenski həmçinin qeyd edib ki, hazırkı müdafiə naziri Denis Şmıhal komandada qalır və ona hökumət işi üçün fərqli bir istiqamət təklif olunub.

Seçilən
18
1
modern.az

10Mənbələr