AZ

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır (FOTO)

Bakı. Trend:

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşlarıtərəfindən hazırda fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dağlıq ərazilərdə,şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda,eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkilolunub. Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçünxidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanlarıilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında başverməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlərgörülür.

Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” XidmətiZəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarındavətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşlarıtərəfindən müraciətlərə çevik reaksiyalar verilir.

Hal-hazırda xidmət fasiləsiz davam etdirilir.

Polis
Polis
Polis
Polis
Polis
Polis
Seçilən
32
11
az.trend.az

8Mənbələr