Blumberq” agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.
AzNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes”in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.
Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.
Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız "Blumberq” terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan "Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan "Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.