AZ

"Həyatımın ən soyuq gününə isti möcüzə kimi gəldin"

Müğənni Sevda Yahyayeva böyük qızı Aida ilə bağlı paylaşım edib.

Ölkə.az xəbər verir ki, ifaçı övladını 2 yaşının tamam olması münasibəti ilə bu sözlərlə təbrik edib:

"Yanvarın biri. Həyatımın ən soyuq gününə ən isti möcüzə kimi gəldin, balaca qızım Aidam. Bu gün 2 yaşın tamam olur. Sən gülüşünlə evimizi işıqlandıran, bacınla bir yerdə ürəyimi ikiqat döyündürən balaca möcüzəmsən. Ana olaraq sənə arzum budur ki, yolun həmişə işıqlı, qəlbin həmişə sevgi dolu olsun. Bacınla bir yerdə böyüyəsiniz, bir-birinizin dayağı, sirdaşı olasınız. Yaxşı ki, mənim qızımsan, ad günün mübarək, Aidam".

Qeyd edək ki, sənətçi həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla adlı daha bir qızı var.(axsam.az)

Seçilən
96
1
olke.az

2Mənbələr