AZ

Moskvada ən böyük bazarlardan biri yanır KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskvadakı Sergiyev Posad bazarında güclü yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, axşam saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb.  Rusiya Fövqəladə Hallar Nazirliyinin Max messenger tətbiqində verdiyi məlumata görə, yanğın 3000 kvadrat metr sahəni əhatə edir: “Sergiyev Posadda 1-ci Rıbnaya küçəsindəki bazardakı pərakəndə satış pavilyonları yanır. Yanğın 3000 kvadrat metr sahəni əhatə edib. Yüksək yanğınsöndürmə yükü yanğınsöndürmə işlərinə mane olur”.

İlkin məlumatlara görə, itki yoxdur.

Nazirlik əlavə edib ki, hadisə yerinə 57 mütəxəssis və 18 texnika yönəldilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
3
konkret.az

4Mənbələr