Türkiyənin Bingöl vilayətində zəlzələ baş verib.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, 3,5 maqnitudalı zəlzələ yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Yeraltı təkanın episentri Bingölün Yedisu rayonu olub.
Zəlzələnin yerin 6,9 km dərinliyində baş verdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər yoxdur.