Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Publika.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.
Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.