"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən xəbər yayıb.
Zərər əvvəlcə təxminən 30 milyon avro qiymətləndirilib. "Sparkasse"nin filialı Milad tətili üçün bağlanıb. İlkin məlumatlara görə, oğrular yaxınlıqdakı dayanacaqdan binaya daxil olaraq divarda böyük dəlik açıblar. İçəridə təxminən 3 200 seyf qutusunu açıblar, qızıl da daxil olmaqla, içindəkiləri oğurlayıblar və qaçıblar. Soyğunçuluq hadisəsi 29 dekabr səhəri aşkar edilib.
Qəzetin məlumatına görə, 2 500-dən çox əmanətçi zərər çəkib. Zərərin miqyasına görə, bu, Almaniya tarixindəki ən böyük soyğunçuluq hadisələrindən biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31