AZ

İmamoğlunu tənqid edən CHP deputatı AKP-yə keçir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən deputat Həsən Ufuk Çakır sürpriz qərar verib. 

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi Ədalət və İnkişaf Partiyasına (AKP) keçəcək.

Onun yaxın günlərdə rəsmən AKP-yə qatılacağı və döş nişanının partiyanın sədri və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən taxılması gözlənilir.

Qeyd edək ki, sabiq CHP lideri Kamal Kılıçdaroğlunun dəstəkçilərindən olan Həsən Ufuk Çakır bir müddət öncə partiyasının Əkrəm İmamoğluna dəstək siyasətini tənqid edib. 

Bunun ardından deputatın CHP-dən xaric edilməsi istənilib. 

Seçilən
81
1
cebheinfo.az

2Mənbələr