Yanvarın 2-də Meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Seysmoloji Xidmət "X" hesabında məlumat verib.
"2 yanvar saat 20:00-a olan məlumata görə, Qerrero ştatının San-Markos rayonunda baş verən 6.5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - deyə məlumatda bildirilib.
Seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər.