Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Abşeron rayonunda təsərrüfat müəssisəsi satışa çıxarılıb.
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, obyektin 9 hektar rəsmi torpaq sahəsi var.
16 milyon 300 min manata satışa çıxarılan müəssisədə yem zavodu mövcuddur. Elan saytında yerləşdirilən məlumatda qeyd edilir ki, burada 5 ton yem istehsal edilə bilir.
Müəssisədə həmçinin quş saxlama sexlərinin olduğu bildirilir.
Burada inzibati və yardımçı binaların, yumurtaların saxlanması üçün anbarın, işçilər üçün yeməkxananın, 7 otaqlı ofis binasının, alətlərin təmir emalatxanasının, kiçik həcmli inzibati və texniki tikililər yerləşdiyi vurğulanıb.
Məlumatda müəssisəsinin yerləşdiyi ünvanın ətraf ərazisində yaşayış olmadığı qeyd edilib.
Ölkə.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.