AZ

Bakıda fərqli ünvanlarda 3 nəfərin meyitləri tapıldı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının mərkəzində evdən meyit tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, yanvarın 2-si saat 10 radələrində 1987-ci il təvəllüdlü Oleq Aleksandroviç Danilovun meyiti yaşadığı Səbail rayonu Lomonosov küçəsindəki evdə aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış şəxsin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Oxşar hadisə Sabunçu rayonunda qeydə alınıb. Yanvarın 2-si saat 04 radələrində 1998-ci il təvəllüdlü Bibixanım Təhməzovanın meyiti yaşadığı Sabunçu qəsəbəsindəki evdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.

Digər hadisə isə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş verib. Yanvarın 2-si saat 11 radələrində 1981-ci il təvəllüdlü Ramin Paşayevin meyiti yaşadığı Adil Məmmədov küçəsində aşkar edilib. Onun da əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
164
40
cebheinfo.az

10Mənbələr