AZ

Qubada avtomobil qayadan aşdı, bir ailənin 3 üzvü...

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.

Hadisə zamanı bir ailənin 3 üzvü - sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Mənbə: Qafqazinfo)

Seçilən
69
7
modern.az

8Mənbələr