Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.
Qeyd edək ki, uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.
Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq sərnişin istifadə edəcək.