AZ

Venesuelada ABŞ ın hücumuna görə fövqəladə vəziyyət elan edilib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın hərbi hücumu səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Bolivar Respublikası hökumətinin bəyanatında məlumat verilib, bəyanatı ölkənin Xarici İşlər Nazirinin müavini İvan Xil Pinto yayıb.

"Birləşmiş Venesuela Respublikasının Prezidenti Nikolas Maduro, əhalinin hüquqlarının qorunması, respublikanın institutlarının tam şəkildə fəaliyyət göstərməsi və silahlı mübarizəyə dərhal keçmək məqsədilə ölkə ərazisində fövqəladə vəziyyət haqqında fərmanı imzalayıb. Bütün ölkə bu imperialist aqressiyaya qarşı müqavimət göstərmək üçün səfərbər edilməlidir", - deyə hökumətin bəyanatında qeyd olunub. Bəyanatda həmçinin, prezidentin ölkənin bütün əyalətləri və bələdiyyələrində ölkənin müdafiə qurumlarını dərhal işə salmağa əmr etdiyi bildirilib.

"BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq, Venesuela xalqını, torpağını və müstəqilliyini qorumaq üçün qanuni müdafiə haqqını özündə saxlayır", deyə hökumətin bəyanatında qeyd edilib.

Venesuela Latın Amerikasının, Karib hövzəsi ölkələrini, eləcə də dünyanın bütün xalqlarını və hökumətlərini "aktiv həmrəylik göstərə bilmək üçün səfərbər olmağa" çağırıb.

Venesuela hökuməti ABŞ-ın Venesuela torpağına, əhalisinə qarşı, xüsusən də respublikanın paytaxtı Karakasda, Miranda, Aragua, eləcə də La-Guaira əyalətlərindəki hərbi və mülki ərazilərə qarşı həyata keçirdiyi son dərəcə ciddi hərbi aqressiyanı pisləyib, beynəlxalq ictimaiyyəti hadisə ilə bağlı məlumatlandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
21
bizimyol.info

10Mənbələr