AZ

Dəhşətli qəzaya görə Coşuanın sürücüsünə ittiham elan olundu

Nigeriyada baş verən ölümcül qəza zamanı keçmiş dünya çempionu Entoni Coşuanın olduğu avtomobili idarə edən 46 yaşlı Adeniyi Mobolaji Kayode 2 yanvar cümə günü Saqamu Magistrat Məhkəməsində ittiham olunub.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polis mənbələri BBC-yə bildiriblər ki, ittihama təhlükəli sürücülük nəticəsində ölümə səbəb olmaq daxildir.

Keçmiş dünya çempionu Entoni Coşua dostları ilə birlikdə ölkəyə tətilə gəldikdən sonra Laqos-İbadan magistral yolunda avtomobil qəzası baş verib. Onun olduğu “Lexus” avtomobili hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb.

Seçilən
98
1
publika.az

2Mənbələr