AZ

Bolşevik İnqilabı edən, Berlin divarlarını yıxan At İli 2026-da nələrlə yadda qalacaq?

Dünya 2025-ci ildə bir-birini əvəzləyən böhranlar, artan müharibə riskləri, formalaşan iqtisadi bloklar və dövlət institutlarına olan etimadın sarsılması ilə qlobal sabitliyin nə qədər kövrək olduğunu göstərdi. Cəmiyyətlərin psixoloji reaksiyaları isə çox vaxt siyasətin özündən daha sürətli və daha sərt oldu.

2026-cı il astrologların baxışında təkcə yeni təqvim ili yox, həm də dünya üçün “yenidən başlanğıc nöqtəsi” kimi dəyərləndirilir.

Astroloqlara əsasən, 2026-cı il durub gözləmək yox, hərəkət etmək vaxtı olan bir dövr olacaq. Həm dünya, həm də şəxsi həyat üçün məqsədyönlü olmaq və gələcək üçün plan qurmaq vacibdir.

Diplomatiya çətin sınaqlarla üz-üzə

2026-cı ilin ən əhəmiyyətli astroloji hadisəsi Saturn və Neptunun Qoç Bürcünün sıfır dərəcəsində birləşməsidir. Tarixi nümunələr göstərir ki, belə birləşmələr böyük siyasi hadisələrlə bağlı olub:

•    1917 – Bolşevik inqilabı

•    1952-1953 – Soyuq Müharibə dövrü

•    1989 – Berlin divarının yıxılması və SSRİ-nin dağılması

Qoç bürcü aksiyon, liderlik və özünə inamla bağlıdır. Bu birləşmə böyük bir başlanğıc enerjisi daşıyır və liderləri, siyasi rəhbərləri ön plana çıxaran məsələləri əhatə edir. Eyni zamanda döyüşkən enerjilər də mövcuddur və çox riskli münaqişələr yarada biləcək vəziyyətləri artırır.

Dünya siyasətində millət-dövlət anlayışını yenidən gündəmə gətirəcək bir meyl müşahidə olunur. Böyük strukturlar parçalanır. Hər kəsin öz marağını ön plana çıxarması diplomatiyanın ciddi sınaqdan keçəcəyi bir dövrün işarəsidir.

2026-cı ildə liderlər, dövlətlər və fərdlər passiv qala bilməyəcək, yeni başlanğıclar və yenidənqurma üçün hərəkət etməlidirlər.

“Robinzon Kruz enerjisi”

Astroloqlar 2026-cı ili “Robinzon Kruz enerjisi” ilə təsvir edir - hər kəs öz sahəsində fəal, innovativ və liderlik ruhu ilə hərəkət etməlidir. Plutonun Dolça bürcündə olması 2040-cı ilə qədər davam edəcək uzunmüddətli bir prosesin işarəsidir. Pluton və Aslan bürcü insanlarla liderlər arasındakı əlaqələri ön plana çıxaracaq. Etirazlar kütləvi hərəkatlar və liderlik dəyişikliklərinə səbəb ola bilər.

2026-cı il numeroloji olaraq 1 sayını verir (2+0+2+6=10). Bu, yeni başlanğıclar, hərəkət və vizyon inşa etmə ili olaraq qəbul edilir. Heç bir ölkə və ya fərd passiv ola bilməyəcək, hər kəs fəal olmalı və öz strategiyasını qurmalıdır.


İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
131
8
yenisabah.az

10Mənbələr