AZ

Aşan maşından köməksiz qalanları belə çıxardılar - VİDEO

Ajans.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kömək üçün məlumat daxil olub. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.

Seçilən
157
19
Ajans.az

10Mənbələr