AZ

Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR

Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Seçilən
80
1
avtosfer.az

10Mənbələr