Dünya futbol tarixində ən çox rəsmi matçlara çıxan futbolçu kimi rekorda imza atmış braziliyalı qapıçı Fabionun karyerasını hansı klubda davam edəcəyi məlum olub.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı Fabio Braziliyanın Fluminense klubu ilə yeni müqavilə bağlayıb.
Müqavilənin şərtlərinə əsasən, o 2027-ci ilə qədər klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, Breziliyalı qolkiper 2003-cü ildə Braziliya Milli Komandasının heyətində "Copa America"nın mükafatçısı olub.