Qol.az saytına istinadən ain.az xəbər verir.
"Fənərbaxça" Lukman üçün hərəkətə keçdi
"Fənərbaxça" qış transfer pəncərəsində heyətini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, İstanbul nəhəngi İtaliyanın "Atalanta" klubunda çıxış edən Ademola Lukmanı heyətinə qatmağı hədəfləyir.
Məlumata görə, "sarı-lacivərdlilər" artıq Berqamo təmsilçisi ilə əlaqə saxlayıb və 28 yaşlı hücumçunun mümkün transfer şərtləri müzakirə olunur.
Qeyd edək ki, nigeriyalı futbolçu bu mövsüm A Seriyasında 11 oyuna çıxaraq 2 qol vurub. O, 2022-ci ilin yayından bəri "Atalanta"nın şərəfini qoruyur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.