Astara rayonunda mikroavtobus qəzaya uğrayıb.
"Yeni Sabah" xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız