Avropa ölkələri və NATO-nun milli təhlükəsizlik üzrə müşavirləri bu gün Kiyevə gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz “Telegram” kanalında məlumat yayıb.
Aparılacaq danışıqlarda Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkanın, həmçinin, NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri iştirak edir.
Umerovun sözlərinə görə, qarşıda sıx iş günü var. Tərəflər təhlükəsizlik və iqtisadiyyat məsələlərini, çərçivə sənədləri ilə işləri, həmçinin Ukraynanın beynəlxalq tərəfdaşlarla növbəti addımlarının koordinasiyasını müzakirə edəcəklər.