AZ

“Neftçi”nin futbolçusu elə bir sevinc yaşadı ki... - FOTOLAR

“Neftçi”nin legioneri atalıq sevinci yaşayıb.

Sportinfo.az xəbər verir ki, bu xoşbəxtlik İfeanyi Metyuya qış fasiləsində nəsib olub.

Dekabrın 28-də nigeriyalı yarımmüdafiəçinin oğlu dünyaya gəlib.

Metyu “instagram” hesabında xanımı və övladı ilə fotolarını paylaşaraq bu sözləri yazıb:

“Həqiqətən də bu həyatda Allahın edə bilmədiyi heç nə yoxdur. 2025-ci ilin dekabrın 28-də oğlumuz Çisomun dünyaya gəlməsi ailəmizin adına böyük uğur oldu.

Allahın adını tərifləməkdə davam edin. Xoş gün idi. Həmin gün yanımızda olan hər kəsə təşəkkür edirik. İsa adı ilə bayram sizdən ayrılmayacaq. Amin”.

“Ağ-qaralar”ın mövsümün gedişində heyətinə qatdığı 28 yaşlı futbolçu meydana çıxdığı 11 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Seçilən
92
sportinfo.az

1Mənbələr