AZ

Mbappe Superkubokun yarımfinalında "Atletiko"ya qarşı oynamaya bilər

"Real" klubunun hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinal mərhələsində "Atletiko"ya qarşı keçiriləcək oyunda meydana çıxmayacaq.  

90deqiqe.Az-ın "El Chiringuito TV"yə istinadən məlumatına görə, Mbappenin komanda ilə birlikdə Superkubok matçına yollanacağı gözlənilir, lakin yarımfinalda onun meydanda görünməsi ehtimalı çox azdır.

Superkubokun digər yarımfinal oyununda "Barselona" ilə Bilbao "Atletik"i üz-üzə gələcək. Turnirin finalı isə yanvarın 11-də keçiriləcək.

Qarşılaşma yanvarın 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından etibarən "Real Madrid"in formasını geyinir. Bu müddət ərzində o, Madrid təmsilçisinin heyətində 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.

Seçilən
90
50
90deqiqe.az

10Mənbələr