Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukrayna İngiltərənin "Çelsi" futbol klubunun satışından əldə edilən dondurulmuş Rusiya aktivlərindən 2,5 milyard funt-sterlinq ala bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə danışıqlardan sonra bildirib.
"Biz "Çelsi"nin satışından əldə edilən dondurulmuş vəsaitlərin ədalətli həllinə ehtiyac olduğunu müzakirə etdik. Bu, 2,5 milyard funt-sterlinqdir və bütün Rusiya hücumlarından sonra Ukraynada insanların həyatının qorunmasına və yenidən qurulmasına əhəmiyyətli dərəcədə kömək edə bilər və etməlidir", deyə Zelenski bildirib.
Xatırladaq ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlamasından sonra Roman Abramoviç klubu 2,5 milyarda satmışdı.
Ukrayna prezidenti həmçinin əlavə edib ki, Starmerlə tezliklə baş tutacaq rəhbərlik səviyyəsində görüşə hazırlığın təfərrüatlarını müzakirə edib.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.