Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Braziliyanın “Atletiko Mineyro” klubu Mauro İkardinin transferi ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, Braziliya təmsilçisi argentinalı hücumçu ilə bağlı “Qalatasaray”dan məlumat alıb.
"Central do Galo" nəşrinin məlumatına görə, "sarı-qırmızılı" klub İkardinin mümkün transferi üçün qarşı tərəfdən 9,5 milyon avro tələb edir.
Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.