ain.az, Fanat saytına istinadən bildirir.
"Uotford"un Mərakeşdən olan gənc hücumçusu Osman Maamma Avropa klublarının diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, "Liverpul", "Mançester Yunayted" və "Nyukasl Yunayted" 20 yaşlı istedadı transfer etmək üçün yarışır.
"TEAMtalk"un yaydığı məlumata görə, hər üç klubun skautları cümə axşamı futbolçunun oyununu izləmək üçün "Vikaric Roud" stadionunda olublar.
Maamma U20 Dünya Kubokunda ən yaxşı oyunçu seçilərək "Qızıl top" mükafatını qazanıb. Gənc forvardın nümayiş etdirdiyi performans mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Onun gələcək karyerasını Premyer Liqada davam etdirəcəyi gözlənilir.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.