BAKI, 3 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalifət lideriMariya Korina Maçadonun ölkənin yeni lideri olacağına şübhə ilə yanaşır.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında danışıb.
“Biz onunla əlaqə saxlamadıq. Məncə, onun lider olması çox çətin olacaq. Ölkə daxilində kifayət qədər dəstək və hörmət yoxdur. O, çox mehriban bir qadındır, amma kifayət qədər hörmət qazanmayıb,” - Tramp deyib.
Qeyd edək ki, Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Mükafat onun Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ədalətli, sülh yolu ilə diktaturadan demokratiyaya keçid uğrunda fəaliyyəti üçün verilib.