Cari ilin yanvar-noyabr aylarında işin dayanması ilə bağlı risklər üzrə sığorta yığımlarında azalma qeydə alınıb.
Ölkə.az Valyuta.az-a istinadla xəbər verir ki, bu dövrdə yığımlar 475 min manat təşkil edib.
Ötən ilin eyni dövründə isə göstərici 481 min manat olub ki, bu da 6 min manatlıq azalma deməkdir.
Qeyd edək ki, işin dayanması ilə bağlı risklər üzrə sığorta ödənişləri həyata keçirilməyib.