AZ

Vitse-prezident: Prezident Maduro və birinci xanımın harada olmasından xəbərsizik  

“Prezident Nikolas Maduro və birinci xanım Siliya Floresin harada olmasından xəbərsizik”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodrigezin yaydığı bəyanatda deyilir.

“Prezident Tramp hökumətindən Prezident Maduro və birinci xanımın sağ olmasının dərhal sübutunu tələb edirik”,-deyə vitse-prezident bildirib.

O əlavə edib ki, Venesuela cəmiyyətinin bütün canlı qüvvələri Venesuelanın müstəqilliyini təmin etmək üçün səfərbər olmalıdır.

Seçilən
31
7
azerbaijan-news.az

7Mənbələr