AZ

Santexniklərin "plastik butulka" hiyləsi: Unitaz təmizliyində inqilab

Bu üsul evdəki tullantı sabun qalıqlarından və plastik butulkadan istifadə edərək unitazda avtomatik təmizlik dövrü başladır.

Moderator.az xəbər verir ki, butulka sistemini quraşdırmazdan əvvəl mövcud ərpləri təmizləmək tövsiyə olunur:

Klozetin içinə bol miqdarda soda (karbonat) səpin.

Üzərinə ağ sirkə tökərək köpməsini gözləyin.

Ən az 15 dəqiqə (mümkünsə bir gecə) saxlayıb fırçalayın.

Plastik butulka sisteminin qurulması

Bu sistem sayəsində hər dəfə sifonu çəkəndə klozet avtomatik təmizlənəcək.

Lazım olanlar:

0.5 litrlik boş plastik butulka.

Sabun qalıqları (kiçik hissələrə bölünmüş).

300 ml ağ sirkə.

Bir neçə damcı limon və ya evkalipt yağı (xoş qoxu üçün).

Hazırlanma qaydası:

Plastik butulkanın yuxarı hissəsinə qızdırılmış iynə ilə kiçik dəliklər açın.

Butulkanın içine sabun parçalarını qoyun və üzərinə sirkəni əlavə edin.

Butulkanı klozetin su çəninə (rezervuarına), sifon mexanizminə mane olmayacaq şəkildə yerləşdirin.

Sistem necə çalışır?

Siz sifonu hər çəkəndə çəndəki su butuladakı dəliklərdən içəri girir. Sabun və sirkə ilə qarışan su klozete axdıqda hər dəfə "mini təmizlik dövrü" yaradır:

Sabun: Çirkləri parçalayır və təravət verir.

Sirkə: Turşuluq xüsusiyyəti ilə yeni ərplərin yaranmasının və bakteriyaların qarşısını alır. /Milli.az/

Seçilən
115
3
moderator.az

10Mənbələr