AZ

"Fənərbaxça" 5 milyon avro ödədi, 4,5 illik müqaviləyə imza atdı

"Fənərbaxça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Samsunspor"un niderlandlı Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb.

Bu transfer "Fənərbaxça"ya 5 milyon avroya başa gəlib.

25 yaşlı vinger bu mövsüm "Samsunspor"la çıxdığı 22 rəsmi matçda 6 qol və 4 asistlə yadda qalıb.

Seçilən
32
5
sportinfo.az

6Mənbələr