Bakı. Trend:
Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötənil 32 faiz azalıb.
Trend “Bild”qəzetinə istinadla xəbər verir ki, ötən il 168 543 sığınacaqmüraciəti qeydə alınıb. Bu sahədə 2024-cü illə müqayisədə 82 mindənçox azalma müşahidə edilib. 2023-cü ildə isə sığınacaqmüraciətlərinin sayı 351 mindən çox olub.
Azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsi, o cümlədənsərhədlərdə geri göndərmələrin sayının artırılması, ailəbirləşməsinin müvəqqəti dayandırılması və digər tədbirlər səbəbolub.
Almaniyada sığınacaq üçün müraciət edənlər arasında ilksıralarda Əfqanıstan (59 200), Suriya (23 100) və Türkiyə (13 800)vətəndaşları yer alıblar.