Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkun Bruklin şəhərindəki istintaq təcridxanasına aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə CNN Nyu-York polisinə istinadla məlumat yayıb.
Telekanal xəbər verir ki, bundan əvvəl o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vertolyotla Manhettenə aparılıb.
Təcridxananın qarşısında böyük izdiham yaranıb, bəzilərinin əlində Venesuela bayraqları olub.