AZ

Rusiyalı fiqurlu konkisürən türklərdən və ərəblərdən üzr istədi

Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçeva Almaniyada olarkən sosial şəbəkələrdə yazdığı paylaşımına görə türklərdən və ərəblərdən üzr istəyib.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı Telegram kanalında açıqlama verib.

Qorbaçeva bildirib ki, hər ölkədə özünü düzgün aparmayan insanlar ola bilər və onun əvvəlki fikirləri ehtiyatsız ifadə olunub:

“Türklərdən və ərəblərdən üzr istəyirəm. Çox qorxmuşdum və fikirlərimi düzgün ifadə etməmişəm”.

Xatırladaq ki, idmançı yanvarın 2-də Almaniyada metrodan çıxarkən sərxoş bir qrupla qarşılaşdıqlarını, qorxaraq geri qayıtdıqlarını və taksi çağırdıqlarını yazmış, ölkədə çoxlu türk və ərəb yaşadığını qeyd etmişdi. Bu paylaşım sosial şəbəkələrdə tənqidlərə səbəb olmuşdu.

Bizim.Media

Seçilən
119
1
bizim.media

2Mənbələr