ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Uzun illər daxili işlər orqanlarında xidmətdə olmuş keçmiş polis mayoru Ramiz Abışov həbs edilib.
Gununsesi.info bildirir ki, son illər həm də ictimai fəal kimi sosial şəbəkələrdə tanınan Abışovun evində keçirilən əməliyyat zamanı avtomat patronları götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ilə ittiham elan olunub.
Gununsesi.info-ya müraciət edən Ramiz Abışovun böyük qardaşı Sahib Abışov bildirir ki, onların ailəsi dövlətə və dövlətçiliyə sadiq olub:”Mənim bu müraciətim qardaşıma haqq qazandırmaq,yaxud da bu həbsə etiraz deyil. Bütün ailəmiz bizi Kəlbəcərə qovuşduran Ali Baş Komandanımıza minnətdarlığını hər zaman ifadə edib. Ramiz kimlərinsə təsiri altına düşərək, sosial şəbəkələrdə artıq-əskik məlumatlar yayırdı.
Dəfələrlə ona irad bildirmişik. Bugün bizi üzən onun həbsindən daha çox, ata evimizin qapısının qıfıllı qalmasıdır. Ailəmiz,xəstə bacım adımdan ona bir şans verilməsini cənab nazirdən xahiş edirəm. Bu səhvlərini həm bizə, həm də özünün 25 ilə yaxın polis orqanlarında xidmətnə keçsin”.
Günay
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.