AZ

Trampdan Venesuelaya ikinci hücum dalğası xəbərdarlığı - ola bilər…


ABŞ prezidenti Tramp Venesuelaya qarşı ikinci hücum dalğasının ola biləcəyini deyib.

Lazım gələrsə, ikinci hücuma başlayacaqlarını deyən Tramp bildirib ki, hələlik buna ehtiyac yoxdur.

“ABŞ hərbçiləri orada olacaq. Ölkənin düzgün idarə olunmasını təmin edəcəyik. Bu hücum çox təhlükəli idi. Dediyim kimi, lazım gələrsə, ikinci hücuma da hazırıq.

Keçid dövrü vaxt aparacaq, neft infrastrukturunu təmir edəcəyik. Buradakı infrastruktur çox köhnədir, biz onun böyük hissəsini 25 il əvvəl tikmişik. Biz nəhəng ABŞ şirkətlərini gətirəcəyik və neft lazım olduğu kimi axacaq.

Çin və Rusiya ilə bağlı... Rusiya ilə bəzi məsələləri müzakirə edəcəyik. Digər ölkələr neftlə maraqlanır, amma biz onlara neft verməyəcəyik.

Biz burada mövcudluğumuzu neft üzərindən davam etdirəcəyik, çox qalmağı planlaşdırmırıq” – deyə Tramp bildirib.

TAHİR

Seçilən
40
baki-xeber.com

1Mənbələr