2026-cı il Avropa üçün taleyüklü ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" nəşri məlumat yayıb. Məqalə müəllifi qlobal miqyaslı münaqişənin ilkin şərtlərinə işarə edərək, qlobal səhnədəki vəziyyətin xeyli gərgin olduğunu vurğulayıb.
Jurnalistin fikrincə, lokal toqquşmaların tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilə biləcəyi beş ərazi var.
Analitiklər əsas alovlanma nöqtəsinin Finlandiya körfəzində və ona bitişik ərazilərdə yerləşdiyini iddia edirlər. Britaniyanın keçmiş hərbi kəşfiyyat zabiti Filip İnqrem Avropa ilə Rusiya arasında yaranan konfliktin qitədə təxribat aktlarına səbəb olacağını proqnozlaşırıb.