İsveçrə hakimiyyəti 9 yanvar tarixini Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra milli matəm günü elan etməyi planlaşdırır.
Publika.az-ın məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.
"9 yanvar tarixində federal hakimiyyət İsveçrə kilsələri ilə birlikdə milli matəm günü keçirməyi planlaşdırır", – deyə o vurğulayıb.
Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.