AZ

Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib

Bakı. Trend:

Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşıgenişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Trend xəbər verirki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosialmedia hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, iki həftə ərzində İstanbul da daxilolmaqla 14 vilayətdə keçirilən əməliyyatlar nəticəsində 398tapança, 175 ov tüfəngi və 32 avtomat silah ələ keçirilib. Silahqaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 202 nəfərsaxlanılıb.

Bundan əlavə, qanunsuz silah istehsalı ilə məşğul olan dördemalatxananın fəaliyyəti dayandırılıb.

Seçilən
115
49
az.trend.az

10Mənbələr