AZ

Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat - 29 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyənin mərkəzi Tekirdağ olmaqla 10 vilayətində dələduzluqlaməşğul olan mütəşəkkil cinayətkar qrupa qarşı genişmiqyaslıəməliyyatlar keçirilib.

Trend xəbər verirki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi“X” səhifəsində məlumat paylaşıb.

Məlumata görə, əməliyyatın gedişində 29 nəfər şübhəli şəxsqismində saxlanılıb, onlardan 25-i barəsində həbs qətimkan tədbiriseçilib.

Türkiyənin Respublika Baş Prokurorluqları və Polis Başİdarəsinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsininəlaqələndirilməsi ilə, Tekirdağ vilayətinin Polis İdarəsininKibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılanaraşdırmalar nəticəsində müəyyən edilib ki, həmin dəstə internetüzərindən “avtomobil ehtiyat hissələrinin satışı” vədi ilə 500-dənartıq vətəndaşı təxminən 250 milyon TL məbləğində aldadaraqqanunsuz gəlir əldə edib.

“Vətəndaşlarımızı aldadan cinayət şəbəkələrinə və qanunsuzstrukturlara qarşı mübarizəmizi fasiləsiz şəkildə davam etdiririk”,-deyə Yerlikaya bildirib.

Məqalədə:
Seçilən
27
49
az.trend.az

10Mənbələr